Məhkum həbs edilməmişdən əvvəl silah gizlədib

16:06 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilmiş odlu silah aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.